“Çelsi” və “Arsenal” gənc hücumçu Robinyo Vazu izləyir

Xəbərlər
23 Noyabr 2025 15:20
28
“Çelsi” və “Arsenal” gənc hücumçu Robinyo Vazu izləyir

“Olimpik Marsel”in 18 yaşlı hücumçu Robinyo Vaz Avropanın bir neçə aparıcı klubunun transfer gündəminə düşüb.

İdman.Biz xəbər verir ki, “Africafoot” nəşrinin məlumatına görə, xüsusilə İngiltərənin “Çelsi” və “Arsenal”, eləcə də Almaniyanın “Bayern Münhen” və İtaliyanın “Napoli” klubları gənc futbolçunu yaxından izləyirlər.

Məlumata görə, “Çelsi” istedadlı futbolçunun transferində əsas favorit kimi göstərilir və klubun nümayəndələri Vaz və onun agentləri ilə ilkin təmas qurublar. “Marsel” rəhbərliyi ilə də əlaqələrin davam etdiyi vurğulanır.

Fransa Liqa 1 təmsilçisi “Olimpik Marsel” isə gənc hücumçunu heyətdə saxlamaq niyyətindədir və digər klubların marağını dəf etmək üçün ona uzunmüddətli müqavilə təklif edib. Buna baxmayaraq, “Çelsi”nin futbolçu uğrunda təzyiqi davam edir. Vazın klubla müqaviləsi 30 iyun 2028-ci ilə kimidir.

Xəbərdə qeyd olunur ki, Vazın yüksək səviyyəli çıxışları sayəsində “Marsel” artıq adı açıqlanmayan Avropa klubundan gələn yüksək təklifə rədd cavabı verib.

Bu mövsüm Robinyo Vaz bütün turnirlərdə 14 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz

Məqalədə: