“Çelsi”nin keçmiş yarımmüdafiəçisi ölüm ayağındadır: “Cəmi bir neçə günüm qalıb”

Xəbərlər
10 Yanvar 2026 00:35
76
“Çelsi”nin keçmiş yarımmüdafiəçisi ölüm ayağındadır: “Cəmi bir neçə günüm qalıb”

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Lamişa Musonda 33 yaşında dünyadan köçmək üzrə olduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, 33 illik ömrünün son günlərini yaşayan Musonda sosial şəbəkə vasitəsilə onu tanıyan insanlardan dualarını əsirgəməməyi xahiş edib.

"Başa düşürəm ki, cəmi bir neçə günüm qalıb və eyni zamanda, yanımda nə qədər insanın olduğunu bilirəm. Bu xatirələri həmişə əziz tutacağam. Həyat çətindir, amma ətrafınızda hələ də çoxlu gözəlliklər var.

Həyat enişli-yoxuşlu yollardan ibarətdir və heç kim üzləşdiyiniz ağrını həqiqətən başa düşə bilməz. Son iki il mənim üçün xüsusilə çətin və zəiflədici olub. Sizə böyük kədərlə bildirirəm ki, sağlamlığım uğrunda mübarizə aparıram - buna görə də uzun müddət sosial mediadan uzaqdayam.

Acı həqiqəti qəbul etməli oldum: vəziyyətim kritikdir və indi həyatım uğrunda mübarizə aparıram. Dəstəyiniz və dualarınız bu müddət ərzində mənim üçün əsl təsəlli olardı. Mən ailəmlə birlikdə bu xəstəliklə mübarizə aparıram və son nəfəsimə qədər təslim olmayacağam.

Gözəl bir gənclik yaşadığım üçün şanslı idim və mən hələ çox iş görə bilərdim. Şəxsən çoxlu insana təşəkkür etmək istərdim. Belə bir fürsəti əldə edə bilməyəcəyim məni kədərləndirir” – ömrünün bir neçə ilini “Çelsi” akademiyasında keçirmiş Belçika U-21 və “Mexelen” komandalarının keçmiş yarımmüdafiəçisi yazıb.

İdman.Biz