Almaniya Bundesliqası: “Leyptsiq” “Verder”i məğlub etdi - 2:0

Xəbərlər
23 Noyabr 2025 21:00
17
Almaniya Bundesliqası: “Leyptsiq” “Verder”i məğlub etdi - 2:0

Almaniya Bundesliqasının XI turunda keçirilən “RB Leyptsiq” - “Verder” (Bremen) qarşılaşması qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, Assan Uedraqo 63-cü dəqiqədə hesabı açıb, 80-ci dəqiqədə isə Ksaver Şlager fərqi iki topa çatdırıb.

Bu nəticədən sonra “RB Leyptsiq” 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 15 xala malik “Verder” isə Bundesliqada 8-ci sırada yer alır

İdman.Biz