İngiltərə Premyer Liqası: “Arsenal” darmadağınla derbinin qalibi oldu, “Aston Villa” isə geridönüşlə sevindi – VİDEO

23 Noyabr 2025 22:26
232
İngiltərə Premyer Liqası: “Arsenal” darmadağınla derbinin qalibi oldu, “Aston Villa” isə geridönüşlə sevindi – VİDEO

İngiltərə Premyer Liqasının XII turunda “Arsenal” “Tottenhem”i qəbul edib.

İdman.Biz xəbər verir ki, oyun "Arsenalın"ın tam üstünlüyü ilə keçib.

Hesabı 37-ci dəqiqədə Trossard açıb. Qoldan 4 dəqiqə sonra Eze hesab arasındakı fərqi artırıb - 2:0. 46-cı dəqiqədə Eze dubl edib - 3:0. “Tottenhem” 55-ci dəqiqədə Rişalisonun qolu ilə hesab arasındakı fərqi azaldıb - 3:1. Amma 76-cı dəqiqədə Ezenin het-trik etməsinə heç kəs mane ola bilməyib - 4:1.

20:32

İngiltərə Premyer Liqasının XII turunda “Lids Yunayted” öz meydanında “Aston Villa” ilə qarşılaşıb və matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüşün 8-ci dəqiqəsində Lukas Nmeça meydan sahiblərini hesabda önə keçirsə də, ikinci hissədə “Aston Villa” üstünlüyü ələ alıb. Morqan

Rocers 48-ci dəqiqədə hesabı bərabərləşdirib, 75-ci dəqiqədə isə dublunu tamamlayaraq komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Lids Yunayted” 11 xalla turnir cədvəlində 18-ci pillədə qalır. 21 xala malik “Aston Villa” isə 4-cü sıraya yüksəlib.

İdman.Biz