DÇ-2026-nın seçmə mərhələsinin son püşkü atıldı - YENİLƏNİB

20 Noyabr 2025 16:45
331
DÇ-2026-nın seçmə mərhələsinin son püşkü atıldı - YENİLƏNİB

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-offunun püşkü atılıb.

İdman.Biz xəbər verir ki, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olub.

Avropa zonası üzrə seçmə mərhələsinin pley-off cütləri:

A yolu:

İtaliya - Şimali İrlandiya

Uels - Bosniya və Herseqovina

B yolu:

Ukrayna - İsveç

Polşa - Albaniya

C yolu:

Türkiyə - Rumıniya

Slovakiya - Kosovo

D yolu:

Danimarka - Şimali Makedoniya

Çexiya - İrlandiya

Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

10:55

Bu gün 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off oyunlarının püşkü atılacaq.

İdman.Biz xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da FIFA-nın mənzil-qərargahında keçiriləcək.

Pley-off matçlarında seçmə mərhələdə qruplarında ikinci yeri tutan 12, Millətlər Liqasından isə dörd komanda (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya) iştirak edəcək.

Ümumilikdə, 16 komanda dörd səbətə ayrılacaq. Birinci səbətdə yer alan ölkələr dördüncü, ikinci səbətdəki yığmalar isə üçüncü qrupdakı kollektivlərlə qarşılaşacaqlar.

I səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka;

II səbət: Uels, Polşa, Çexiya, Slovakiya;

III səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina;

IV səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya.

Pley-off mərhələsinin bir matçdan ibarət olacaq yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə martın 31-də oynanılacaq. Finalı qazanan komanda dünya çempionatına vəsiqə əldə edəcək.

İdman.Biz