“Real Madrid”in qapıçısı Tiba Kurtua bu mövsüm Kilian Mbappenin komandadakı lider rolunun artdığını bildirib.
İdman.Biz xəbər verir ki, Kurtua fransalı hücumçunun mental baxımdan böyük irəliləyiş etdiyini və komandaya meydanda istiqamət verən fiqura çevrildiyini qeyd edib.
“Cope” radiosuna danışan Tiba Kurtua vurğulayıb ki, “keçən mövsüm komandaya və mövqeyinə tam uyğunlaşa bilməmişdi, amma bu il bizi irəli aparan aparıcı oyunçudur”.
O əlavə edib ki, Mbappenin qələbə düşüncəsi və meydandakı davranışı “Real Madrid” üçün önəmli dəyişiklik yaradıb.
