Renat Dadaşovun zədəsi sağalıb: Ukraynaya qayıdır

3 Noyabr 2026 10:02
131
Renat Dadaşovun zədəsi sağalıb: Ukraynaya qayıdır

Ukraynanın “Bukovina” futbol komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədəsini sağaldaraq məşqlərə qayıtmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, zədə səbəbindən komandasının son üç qarşılaşmasını buraxan futbolçu bu gün “Bukovina”nın düşərgəsinə qoşulacaq.

Dadaşov zədəni Azərbaycan millisinin düşərgəsində alıb və bərpa prosesini Bakıda keçib. Bununla belə, hücumçunun yaxın günlərdə optimal fiziki formasını bərpa etməsi gözlənilmir. Bu səbəbdən onun Ukrayna Premyer Liqasının 12-ci turunda “Kolos”la keçiriləcək görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, “Bukovina” - “Kolos” oyunu noyabrın 8-də Kamenets-Podolsk şəhərində keçiriləcək.

İdman.Biz