Mahir Emrelidən məhsuldar ötürmə, “Rakuv”dan əzmkar qələbə

3 Noyabr 2026 09:43
126
Mahir Emrelidən məhsuldar ötürmə, “Rakuv”dan əzmkar qələbə

Polşanın “Rakuv” futbol komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli növbəti dəfə məhsuldar oyunu ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, 29 yaşlı futbolçu Polşa Ekstraklasasının 13-cü turunda “Poqon Şetsin”lə keçirilən qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.

Görüş G“Rakuv”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Emreli komandasının 47-ci dəqiqədə vurduğu ilk qolun ötürməsini verib. Onun ötürməsindən sonra Patrik Makuç fərqlənərək hesabı bərabərləşdirib - 1:1.

Azərbaycanlı hücumçu 71-ci dəqiqədə Olivier Kviatkovski ilə əvəzlənib.

Meydan sahiblərinin digər qollarını 73-cü dəqiqədə Boqdan Rakovitan və 90+7-ci dəqiqədə Tomaş Pyenko vurublar. Qonaqların yeganə qoluna isə beşinci dəqiqədə Darko Çurlinov imza atıb.

Qeyd edək ki, “Rakuv” növbəti oyununu noyabrın 8-də səfərdə “Legiya Varşava”ya qarşı keçirəcək.

İdman.Biz