“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya klubu ilə müqaviləsini yaxın günlərdə uzadacağını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu danışıqların müsbət keçdiyini və razılaşmanın əldə olunmasına yalnız kiçik detalların mane olduğunu bildirib.
“Bu, həftələrin deyil, bir neçə günün məsələsidir. Həftəsonu çox müsbət danışıqlar apardıq və bu gün də onları davam etdirdik. Müqavilənin uzadılması qaçılmazdır. Yalnız bir neçə xırda detalı razılaşdırmaq qalıb”, - deyə Keynin sözlərini jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində paylaşıb.
İnsayderin məlumatına görə, 33 yaşlı hücumçunun “Bavariya” ilə yeni müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin avqustunda “Tottenhem”dən “Bavariya”ya keçib. İngiltərə millisinin kapitanı oktyabrın 26-da Londonda keçirilən mərasimdə karyerasında ilk dəfə “Qızıl top” mükafatına layiq görülüb.
