Şahruddin Məhəmmədəliyev Azərbaycan dili ilə bağlı tənqidlərə münasibət bildirib - FOTO/VİDEO

Xəbərlər
19 Noyabr 2025 12:35
70
Şahruddin Məhəmmədəliyev Azərbaycan dili ilə bağlı tənqidlərə münasibət bildirib - FOTO/VİDEO

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev şəxsi “Instagram” hesabında paylaşım edib.

İdman.Biz xəbər verir ki, qolkiper Azərbaycan dilini yaxşı bilmədiyi üçün onu tənqid edənlərə cavab verib.

O, şəxsi hesabında bunları yazıb:

“Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Fransaya 1:3 hesabı ilə uduzduqları DÇ-2026-nın seçmə mərhələsi matçından sonra jurnalistlərə açıqlama verib. O, görüşün ilk yarısında zədələnərək oyunu davam etdirə bilməyib. Qapıçı təxminən 2-3 ay müddətində yaşıl meydanlardan uzaq qalacaq.

İdman.Biz