AFFA “Elit məşq” layihəsinin rəhbərini təyin edib – EKSKLÜZİV

12 Mart 2026 18:37
110
AFFA “Elit məşq” layihəsinin rəhbərini təyin edib – EKSKLÜZİV

Artıq bir neçə ildir ki, AFFA ölkəmizdə futbolun təşviqi və istedadlı uşaqların üzə çıxarılması üçün lazımi şərait yaratmaq məqsədilə “Elit məşq” layihəsini həyata keçirir. Proqram uzun müddət rəhbərsiz qalsa da, təşkilat nəhayət ki, rəhbər təyin edib.

Məlumatlı mənbələrdən İdman.Biz-ə verilən xəbərə görə, tanınmış eks-futbolçu və Azərbaycan milli komandasının keçmiş üzvü Mirbağır İsayev 2013-2016-cı il təvəllüdlü uşaqlar üçün “Elit məşq” proqramının rəhbəri təyin edilib. İsayevin son vəzifəsi “Səbail” futbol klubu akademiyasında olub. O, ötən mövsümün sonuna qədər akademiyaya rəhbərlik edib.

Qeyd edək ki, layihə meneceri Rüfət Qədirli bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib, Mirbağır İsayevin özü ilə isə telefonla əlaqə saxlamaq mümkün olmayıb.

İdman.Biz