Belçika millisi U-17 futbol yığmamızı darmadağın edib - YENİLƏNİB

12 Mart 2026 17:21
468
Belçika millisi U-17 futbol yığmamızı darmadağın edib - YENİLƏNİB

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, B Liqasının üçüncü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 11:0 hesablı qələbəsi ilə yekunlaşıb.

12:20

Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B Liqasının üçüncü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Matçı ukraynalı baş hakim Veronika Vasilçenko idarə edəcək.

İdman.Biz