“Neftçi”nin paltardəyişmə otağında qorxulu anlar

12 Mart 2026 16:32
97
“Neftçi”nin paltardəyişmə otağında qorxulu anlar

“Neftçi”nin legioneri Luis Ortisin halı pisləşib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, hadisə Premyer Liqanın 23-cü turunun ”Turan Tovuz”la ev oyununun (0:1) fasiləsində baş verib.

Paltardəyişmə otağına daxil olan paraqvaylı yarımmüdafiəçi birdən-birə özünü pis hiss edib, başı hərlənib. Ürəyi bulanan cənubi amerikalı çətinliklə nəfəs alıb. Həkimlərin müdaxiləsi nəticəsində təhlükə sovuşub.

Bunu görən Yuri Vernidub riskə getməyib, ikinci hissədə Murad Xaçayevi meydana buraxıb.

İdman.Biz