Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində debüt oyununa çıxıb

Xəbərlər
18 Noyabr 2025 14:26
24
Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində debüt oyununa çıxıb

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində debüt matçını keçirib.

İdman.Biz xəbər verir ki, U-15 millimiz Monteneqroya qarşı oynayıb.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində baş tutan qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.

İdman.Biz