Azərbaycanın U-19 millisi Malta üzərində qələbə qazanıb - YENİLƏNİB + FOTO

18 Noyabr 2025 16:24
211
Azərbaycanın U-19 millisi Malta üzərində qələbə qazanıb - YENİLƏNİB + FOTO

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin matçında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə qarşılaşıb.

Görüş Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

09:56

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, millimiz Maltanın Ta Qali şəhərində Malta ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə 14:00-da start götürəcək.

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

İdman.Biz