Renat Dadaşov Fransaya qarşı oyunda millimizin ən yaxşı futbolçusu seçildi

Xəbərlər
17 Noyabr 2025 15:13
40
Renat Dadaşov Fransaya qarşı oyunda millimizin ən yaxşı futbolçusu seçildi

Azərbaycan millisinin Fransa ilə keçirilən qarşılaşmasında komandanın ən yaxşı futbolçusu məlum olub.

İdman.Biz xəbər verir ki, “Sofascore”a görə, bu, hücumçumuz Renat Dadaşovdur.

O, 25 yaşlı hücumçu matçı 7,2 xalla başa vurub. Onun vurduğu qol isə Azərbaycan yığmasının heyətində altıncı qolu kimi qeydə alınıb.

Qeyd edək ki, ötən gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə məğlub olub.

İdman.Biz