“Mançester Siti”nin baş məşqçisi Enso Mareska “Portu”nun çalışdırıcısı Françesko Fariolinin İngiltərə klubunun transfer xərcləri ilə bağlı fikirlərinə münasibət bildirib.
İdman.Biz “City Xtra”ya istinadən xəbər verir ki, jurnalistlər Mareskadan “Portu”nun çalışdırıcısının açıqlamasanın “Mançester Siti”yə təzyiq göstərmək məqsədi daşıyıb-daşımadığını soruşublar.
“Bu sualı Françeskoya ünvanlamaq lazımdır. Mənim üçün bu, təzyiq deyil, imtiyazdır”, - deyə italiyalı mütəxəssis cavab verib.
Farioli Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Mançester Siti” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında rəqibin ötən yay yeni futbolçulara 500 milyon avrodan çox vəsait xərclədiyini vurğulayıb.
Qeyd edək ki, “Portu” sentyabrın 8-də Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Mançester Siti”ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə sentyabrın 9-na keçən gecə saat 00:00-da başlayacaq.
