Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” Türkiyə Birinci Liqasının altıncı turunda səfərdə “Manisa”nı məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma Bursa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Bursaspor” 20-ci dəqiqədə Syılanın qolu ilə hesabı açıb. Lakin yeddi dəqiqə sonra İheanço tarazlığı bərpa edib.
Bursa klubu qələbə qolunu matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurub. 90+2-ci dəqiqədə İheanço dubl edərək komandasına üç xal qazandırıb.
Bayramov görüşə ehtiyat oyunçular skamyasında başlayıb və ikinci hissənin əvvəlində - 46-cı dəqiqədə meydana daxil olub. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu qələbədən sonra “Bursaspor” 6 turda 15 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
