İtaliyanın “Yuventus” futbol klubunun yarımmüdafiəçisi və komandanın kapitanı Manuel Lokatelli zədələnib.
İdman.Biz “Tuttosport”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu İtaliya çempionatının son turunda “Milan”la matçda xəsarət alıb. Lokatelli qarşılaşmanı sonadək davam etdirsə də, zədəsinin ciddi ola biləcəyi bildirilir.
Məlumata görə, ən pis ssenari təsdiqlənərsə, futbolçu meniskindən əməliyyat olunmalı olacaq. Bu halda onun bərpa müddəti təxminən üç ay çəkə bilər.
Lokatelli bu gün tibbi müayinədən keçəcək. Müayinənin nəticələrindən sonra zədənin xarakteri və futbolçunun meydana qayıdacağı tarix dəqiqləşəcək.
Qeyd edək ki, sentyabrın 13-də Luçano Spallettinin rəhbərlik etdiyi “Yuventus” A Seriyasının dördüncü turunda səfərdə “Sassuolo” ilə qarşılaşacaq.
