Edu “Nottingem Forest”dən ayrılıb

8 Sentyabr 2026 02:17
71
Edu “Nottingem Forest”dən ayrılıb

İngiltərənin "Nottinqem Forest" futbol klubunda Edu Qaspar dövru başa çatıb. Klubda qlobal futbol rəhbəri vəzifəsində çalışan Edu istefa verib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, 2025-ci ilin iyulunda kluba təyin olunan “Arsenal” sabiq yarımmüdafiəçisi ilə müqaviləyə xitam verilib.

Edunun klubdakı fəaliyyəti ötən ilin sentyabrında baş məşqçi Nunu Eşpiritu Santunun istefaya göndərilməsindən sonra diqqət mərkəzinə düşmüşdü. Portuqaliyalı mütəxəssis komandadakı daxili gərginliklərə işarə etmiş və klubun sahibi Evangelos Marinakislə münasibətlərinin dəyişdiyini açıqlamışdı.

Edunun yerinə yeni təyinat gözlənilmir. Onun səlahiyyətlərini “Nottingem Forest”in baş futbol direktoru Corc Syrianos icra edəcək.

Edu-nun səlahiyyət dairəsinə Marinakisə məxsus Yunanıstanın “Olimpiakos” və Portuqaliyanın “Rio Ave” klubları da daxil idi.

46 yaşlı funksioner “Nottingem Forest”ə “Arsenal”da altı illik fəaliyyətindən sonra keçmişdi. O, 2022-ci ildə London klubunun ilk idman direktoru təyin olunub. Onun “Arsenal”dakı fəaliyyəti dövründə Mikel Arteta baş məşqçi təyin olunmuşdu.

Edunun “Nottingem Forest”dən ayrılması “Olimpiakos”un keçmiş vitse-prezidenti Teodor Yannikosun ötən həftə klubun baş direktoru təyin edilməsindən sonra baş verib. Yannikos mövsümün sonunda vəzifəsindən ayrılan Lina Sulukunu əvəz edib.

İdman.Biz