Futbol üzrə İsrail çempionatının üçüncü divizionunda çıxış edən “Yermiyaqu Holon” klubunun gənclər komandasında oynayan futbolçu rəqibinə oyundan sonra hücum edərək onu döydüyü üçün rekord sayılan - 99 illik diskvalifikasiya cəzası alıb,
İdman.Biz “One” nəşrinə istinadən verdiyi məlumata görə, 17 yaşlı oyunçu paltardəyişmə otaqlarının yaxınlığında digər komandanın futbolçusuna hücum edib və onu döyməyə başlayıb.
Hadisə müşahidə kameraları tərəfindən qeydə alındıqdan sonra federasiya sərt intizam qərarı verib. Klub həmçinin 700 avro məbləğində cərimələnib və bir il müddətinə şərti olaraq üç xal silinməsi cəzası alıb.
“Yermiyaqu Holon” rəhbərliyi diskvalifikasiya qərarını dəstəkləyib və futbolçunun komandadan kənarlaşdırıldığını açıqlayıb. Bununla yanaşı, klub iddia edir ki, guya insident zərərçəkmiş oyunçu tərəfindən təxribatla başlayıb.
Diskvalifikasiya cəzası yalnız 2124-cü ildə başa çatacaq.
