“Neftçi”nin legioneri iki xarici klubla danışıq aparır

Xəbərlər
15 Noyabr 2025 19:22
35
“Neftçi”nin legioneri iki xarici klubla danışıq aparır

Monteneqro millisinin futbolçusu Edvin Kuç qışda “Neftçi”dən ayrıla bilər.

İdman.Biz Sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisində əsas heyətə düşməyə çətinlik çəkən legionerin vətəninə qayıtması gözlənilir.

32 yaşlı yarımmüdafiəçi hazırda bir neçə yerli klubla danışıqlar aparır. Onların arasında Monteneqronun “Buduçnost” və “Mladost” komandaları da var.

“Ağ-qaralar” baş məşqçi Samir Abasovun xidmətindən az-az yararlandığı balkanlı futbolçuya sərbəst agent statusu verməyə razıdır.

Təbii ki, səbəbkar böyük məbləğdə təzminat istəməsə və müqaviləni qarşılıqlı formada pozmağa müsbət yanaşarsa.

Qeyd edək ki, “Neftçi” Edvin Kuçla 2024-cü ilin yayında 3 illik sözləşmə imzalayıb. Yarımmüdafiəçi bu mövsüm Misli Premyer Liqasında 3 oyunda meydana çıxıb. O, daha əvvəl ölkəsinin “Berane” (2012-13), “Deçiç” (2013-14, 2016-17), “Mladost” (2015-16), “Rudar” (2017-19), Çexiyanın “Viagem Usti nad Labem” (2014-15), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarının formasını geyinib. Kuç Monteneqro yığmasının heyətində 16 matçda 4 qol vurub.

İdman.Biz