Kristofer Nkunku 28 yaşını Bakıda qeyd edib - VİDEO

Xəbərlər
15 Noyabr 2025 12:15
47
Kristofer Nkunku 28 yaşını Bakıda qeyd edib - VİDEO

Fransa milli komandasının futbolçusu Kristofer Nkunku 28 yaşını Bakıda qeyd edib.

İdman.Biz xəbər verir ki, bu barədə məlumat Fransa Futbol Federasiyasının “Instagram” səhifəsində paylaşılıb.

“Nkunku 28 yaşında Azərbaycanda! Bakıda başqa kimlər ad gününü qeyd edib?”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan yığmasının qonağı olacaq Fransa milli komandası dünən Bakıya gəlib.

Xatırladaq ki, Azərbaycan - Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oktyabrın 10-u Parisdə baş tutan oyunda millimiz Fransa kollektivinə 3:0 məğlub olub.

İdman.Biz