Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Fransa millisini qəbul edəcək.
İdman.Biz bildirir ki, millimizlə qarşılaşacaq Fransa yığmasının oyunçuları artıq ölkəmizdədirlər. Komanda üzvləri Heydər Əliyev adına Beynəlxalq Hava limanından çəkdirdikləri şəkilləri paylaşıblar

Bu barədə komandanın sosial şəbəkədəki hesabında paylaşım olub. Komanda paylaşımında "5 saatlıq uçuçdan sonra Azərbaycana sağ-salamat çatdıq" yazıb.

Azərbaycan - Fransa qarşılaşması 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Bu, yığmamızın cari seçmə mərhələdə son oyunu olacaq.

Millimiz 5 oyundan sonra 1 xalla qrup sonuncusudur.

Fransa komandası isə 5 oyundan sonra 13 xal toplayaraq DÇ-2026-da yerini təmin edib.

