“Real”ın səkkiz əsas oyunçusu zədəlidir

Xəbərlər
14 Noyabr 2025 17:33
31
“Real”ın səkkiz əsas oyunçusu zədəlidir

“Real Madrid” klubunda zədə problemi yenidən gündəmə qayıdıb.

İdman.Biz xəbər verir ki, komandanın bir neçə əsas futbolçusu eyni vaxtda zədəlilər siyahısına düşüb.

Azarkeşlər sosial şəbəkədə başlatdıqları müzakirədə bunu “yeni zədə epidemiyası” kimi qiymətləndiriblər.

Hazırda zədəlilər siyahısı belədir:
- Tibo Kurtua
- Federiko Valverde
- Dani Karvahal
- Eduardo Kamavinqa
- Kilian Mbappe
- Fransisko Mastantuono
- Aurelien Tçuameni
- Antonio Rüdiger

Zədəli oyunçuların mövqeyini nəzərə alsaq deyə bilərik ki, qarşıdakı oyunlar üçün planlama zamanı baş məşqçi Xabi Alonso heyət seçimində ciddi çətinliklə üzləşəcək.

İdman.Biz

Məqalədə: