“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb.
Qeyd edək ki, Moldova seçməsi noyabrın 13-də doğma meydanda Qazaxıstanla, 16-da isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.
