Rüstəm Əhmədzadə: “Təəssüf ki, bəzi məqamlarda bəxtimiz gətirmədi”

Xəbərlər
14 Noyabr 2025 16:49
29
Rüstəm Əhmədzadə: “Təəssüf ki, bəzi məqamlarda bəxtimiz gətirmədi”

“Qələbə qazanmaq istəyirdik. Yığmada istək var idi. Azarkeşlərimiz də möhtəşəm idi. Onların dəstəyi çox xoş idi və meydanda bunu hiss edirdik”.

Bu sözləri millimizin futbolçusu Rüstəm Əhmədzadə deyib.

25 yaşlı futbolçu evdə İslandiyaya uduzduqları (0:2) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb: “Oyuna yaxşı köklənmişdik. İslandiyaya qarşı oyunda ən azı bir xal qazanmağı arzulayırdıq. Təəssüf ki, bəzi məqamlarda bəxtimiz gətirmədi, ona görə alınmadı”, - deyə sport24.az-a açıqlamasında deyib.

Əhmədzadə noyabrın 16-da Fransaya qarşı keçirəcəkləri qarşılaşmaya da toxunub: “Fransaya qarşı matç qrupda son matçımız olacaq. Evdə oynayırıq, ölkə, azarkeşlər üçün oynamalıyıq. Fransa kimi komandaya qarşı bacardığımızı maksimum göstərməli və tamaşaçıları sevindirməyə çalışmalıyıq”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da keçiriləcək və görüşə 21:00-da start veriləcək.

İdman.Biz