Yohann Berq Qudmundsson: “Azərbaycan millisinə qol vurmaq üçün çox imkan verdik”

Xəbərlər
14 Noyabr 2025 13:26
42
Yohann Berq Qudmundsson: “Azərbaycan millisinə qol vurmaq üçün çox imkan verdik”

“Səfərdə 2:0 üstünlük gözəl nəticədir. Düşünürəm ki, Azərbaycan millisinə çox imkan verdik. Onlar qol da vura bilərdilər, amma 2:0 nəticə və qapını toxunulmaz saxlamaq bizim üçün çox yaxşıdır”.

Bu sözləri İslandiya yığmasının və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Zafra” klubunun futbolçusu Yohann Berq Qudmundsson deyib.

35 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı danışıb: “Oyuna ciddi hazırlaşmışdıq və düşünürəm ki, müdafiədə yetərincə yaxşı çıxış etdik. Hərçənd bəzi epizodlarda çətinliklərimiz oldu. Bu, gözlənilən idi. Azərbaycan yaxşı komandadır və burada oynamaq asan deyil. Ümumiyyətlə, matç çox gərgin keçdi, amma komanda olaraq dözümlü davrandıq. Çox qaçdıq, çox mübarizə apardıq və nəticəni qorumağı bacardıq. Özüm də oyundan razı qaldım. Hələ üzərində işləməli şeylər var, amma bu qalibiyyət bizim üçün böyük motivasiyadır. Komanda ruhu əladır. Ümid edirəm ki, növbəti oyunlarda da eyni səviyyədə performans göstərəcəyik”, - deyə o, “teleqraf”a açıqlamasında deyib.

Qeyd edək ki, İslandiya millisi noyabrın 16-da Ukrayna ilə, Azərbaycan yığması isə Fransa ilə qarşılaşacaq.

İdman.Biz