PSJ-nin baş məşqçisi Luis Enrike ikinci dəfə “Barselona”nın çalışdırıcısı ola bilər.
İdman.Biz-in “El Nacional”a istinadən verdiyi məlumata görə, ispan məşqçi 2027-ci ildə Kataloniya klubuna qayıtmaq ehtimalını istisna etmir. O, artıq “blauqrana” rəhbərliyinə təyin olunacağı təqdirdə PSJ-nin cinah oyunçusu Bredli Barkolanı “Barselona”ya keçməyə razı sala biləcəyini bildirib.
Xatırladaq ki, Luis Enrike əvvəllər 2014-cü ildən 2017-ci ilə qədər Kataloniya klubunun baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında "Barselona" iki dəfə İspaniya liqasını, üç dəfə Kral Kubokunu, həmçinin hər dəfə Çempionlar Liqasını, UEFA Superkubokunu, İspaniya Superkubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.
Enrike həmçinin 1996-cı ildən 2004-cü ilə qədər “Barselona”da oynayıb.
