“Mançester Yunayted” Kerrikin rəhbərliyi altında ilk dəfə məğlub olub - VİDEO

5 Mart 2026 05:10
410
“Mançester Yunayted” Kerrikin rəhbərliyi altında ilk dəfə məğlub olub - VİDEO

“Mançester Yunayted” yeni baş məşqçisinin rəhbərliyi altında ilk məğlubiyyətini alıb.

İdman.Biz xəbər verir ki, Maykl Kerrikin komandası Premyer Liqanın 29-cu turunda “Nyukasl Yunayted”ə 2:1 hesabı ilə uduzub.

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi yanvarın ortalarında baş məşqçi vəzifəsinin icrasına başlayıb. Onun rəhbərliyi altında “Yunayted” altı oyun qazanıb və bir oyunda heç-heçə edib.

“Yunayted” martın 15-də “Aston Villa” ilə qarşılaşacaq.

İdman.Biz