İngiltərə Premyer Liqasının 29-cu turunda “Nyukasl Yunayted” və “Mançester Yunayted” arasında keçirilən oyun başa çatıb.
Oyun 2:1 hesabı ilə “Nyukasl”ın xeyrinə bitib. Qarşılaşma Nyukasl-apon-Tayn şəhərindəki “St. James' Park” stadionunda baş tutub.
Meydan sahiblərinin oyunçusu Ceykob Remzi 45+1-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Entoni Qordon 45+6-cı dəqiqədə penaltidən dəqiq zərbə endirərək “sağsağanla”ı irəli çıxarıb. Kazemiro 45+9-cu dəqiqədə hesabı bərabərləşdirib. Uilyam Osula 90-cı dəqiqədə “Nyukasl”ın qələbə qolunu vurub.
Bu oyundan sonra “Nyukasl Yunayted” İngiltərə Premyer Liqasında 39 xalla 12-ci, “Mançester Yunayted” isə 51 xalla üçüncü yerdədir.
01:50
İngiltərə Premyer Liqasının 29-cu turunda “Brayton” və “Arsenal” arasında keçirilən oyun başa çatıb.
Komandalar İngiltərənin “Brayton ənd Houv” şəhərindəki “American Express” stadionunda oynayıblar. London klubunun oyunçuları 1:0 hesablı qələbəni qeyd ediblər.
Oyunun yeganə qolunu 9-cu dəqiqədə Bukayo Saka vurub.
Turun digər oyununda “Mançester Siti” və “Nottingem Forest” üz-üzə gəliblər. Matç 2:2 hesabı ilə bitib.
“Mançester Siti”nin yarımmüdafiəçisi Antuan Semenyo 31-ci dəqiqədə hesabı açıb. “Nottinqem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt 56-cı dəqiqədə bərabərlik qolunu vurub. Altı dəqiqə sonra “Siti”nin yarımmüdafiəçisi Rodri komandasına yenidən üstünlük qazandırıb. “Nottinqem Forest”in yarımmüdafiəçisi Elliot Anderson 76-cı dəqiqədə bərabərlik qolunu vuraraq matçın taleyini həll edib.
Turun digər matçında “Çelsi” səfərdə “Aston Villa”nı darmadağın edib – 4:1.
İkinci dəqiqədə “Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luis hesabı açıb. 35-ci dəqiqədə “Çelsi”nin hücumçusu Joao Pedro hesabı bərabərləşdirib. 45+6-cı dəqiqədə Pedro “Çelsi”ni irəli çıxarıb. 55-ci dəqiqədə yarımmüdafiəçi Koul Palmer “Çelsi”nin üçüncü qolunu vurdu, Pedronun məhsuldar ötürməsini etdi. 64-cü dəqiqədə Pedro het-trik edərək hesabı böyük fərqə çatdırıb.
“Çelsi” bu qələbə sayəsində turnir cədvəlində “Aston Villa” ilə aradakı fərqi üç xaladək azaldıb. “Göylər” 29 oyundan 48 xalla beşinci yerdədir. Birminhem klubu 51 xalla dördüncüdür.
Turun başqa bir qarşılaşmasında “Fulhem” öz meydançasında “Vest Hem”ə uduzub – 0:1.
