İtaliya Kuboku: “Latsio” və “Atalanta” heç-heçə oynayıblar

5 Mart 2026 02:05
59
İtaliya Kuboku: “Latsio” və “Atalanta” heç-heçə oynayıblar

İtaliya Kuboku yarımfinalının “Latsio” və “Atalanta” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Romadakı “Stadio Olimpiko” stadionunda qarşılaşıblar. Qarşılaşmanı Canluka Manqaniello idarə edib. Matç 2:2 hesablı heç-heçə ilə bitib.

47-ci dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Fisayo Dele-Başiru hesabı açıb. 51-ci dəqiqədə yarımmüdafiəçi Mario Paşaliç bərabərlik qolunu vurub. 87-ci dəqiqədə “Latsio”nun hücumçusu Bulaye Dia komandasını yenidən hesabda irəli çıxarıb. 90-cı dəqiqədə yarımmüdafiəçi Yunus Musa hesabı bərabərləşdirib.

Cavab oyunu Berqamoda 22 apreldə keçiriləcək. Digər yarımfinalda “Komo” və “İnter” qarşılaşırlar. İlk oyundan sonrakı hesab 0:0-dır.

İdman.Biz