Azərbaycan yığmasına qarşı keçiriləcək oyun İslandiya millisi üçün çətin keçəcək.
İdman.Biz xəbər verir ki, bu barədə komandanın futbolçusu Hakon Arnar Haraldsson mətbuat konfransında deyib.
Kapitan Azərbaycan komandası ilə keçirəcəkləri DÇ-2026 seçmə mərhələsi oyunu barədə fikirlərini açıqlayıb:
“Rəqib artıq güclənib. Sabah komandamızı çətin oyun gözləyir. Düşünürəm ki, meydanda gərgin mübarizə olacaq”.
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.
