Peşəkar Futbol Liqası “Qarabağ” və “Neftçi” komandaları arasında keçirilən Azərbaycan derbisinin nəticələri ilə bağlı statistikanı təqdim edib.
İdman.Biz xəbər verir ki, məlumata görə, indiyədək baş tutan qarşılaşmalarda “Qarabağ” 45, “Neftçi” isə 23 dəfə qalib gəlib. 31 oyun heç-heçə ilə başa çatıb.
Ümumilikdə derbilərdə 224 qol vurulub - bunların 140-ı “Qarabağ”ın, 84-ü isə “Neftçi”nin payına düşür.
“Qarabağ” ev oyunlarında 25 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 9 dəfə məğlub olub. Top fərqi 73-38 təşkil edir.
“Neftçi” evdə 13 qələbə, 15 heç-heçə və 20 məğlubiyyətlə yadda qalıb. Komandanın top fərqi 42-64 olub.
Neytral meydanda komandalar iki dəfə üz-üzə gəlib. Bu oyunlarda “Neftçi” 1 qələbə qazanıb, 1 görüş heç-heçə başa çatıb, top fərqi isə 4-3 olub.
