“Qarabağ” Çempionlar Liqasının ən çox top qazanan komandalarından biri olub.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi dörd turun nəticələrinə əsasən bu göstəricidə üçüncü pillədə qərarlaşıb.

Lider İspaniyanın “Atletik Bilbao” klubudur – komanda 202 dəfə top qazanıb. İkinci yerdə 191 top qazanma ilə Belçikanın “Yunio”, üçüncü sırada isə 190 göstərici ilə “Qarabağ” yer alıb.
