Böyük Britaniyanın Azərbaycandakı səfiri “Çelsi” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcək - FOTO

Xəbərlər
5 Noyabr 2025 18:02
35
Böyük Britaniyanın Azərbaycandakı səfiri “Çelsi” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcək - FOTO

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının IV turunun “Qarabağ” - “Çelsi” (İngiltərə) duelində Ağdam təmsilçisini dəstəkləyəcəyini bildirib.

İdman.Biz xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu axşam “Qarabağ” FK “Çelsi” ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və “Qırmızı Şeytan” (“Mançester Yunayted” azarkeşi - red.) kimi bu axşam ev sahibi komandaya köklənəcəyəm”, - o yazıb.

Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz