UEFA Gənclər Liqası: “Sabah” mübarizəni dayandırdı - YENİLƏNİB

5 Noyabr 2025 19:29
257
UEFA Gənclər Liqası: “Sabah” mübarizəni dayandırdı - YENİLƏNİB

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”la qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Əlincə” stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

“Nant”ın qollarını 17 və 76-cı dəqiqələrdə penaltidən Dabo vurub. “Sabah”ın qoluna isə 88-ci dəqiqədə Anar Hüseynov imza atıb.

Qeyd edək ki, “Sabah” səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Komanda UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

17:05

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.

İdman.Biz xəbər verir ki, əsas mərhələnin IV turunda Bakıda İngiltərənin “Çelsi” kollektivini qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub.

Oyun “Azərsun Arena”da keçirilib.

Qeyd edək ki, “Qarabağ” UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda “Benfika” (1:7), “Kopenhagen” (0:5) və “Atletik”ə (0:3) uduzub.

11:04

Bu gün “Sabah” və “Qarabağ” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti matçlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin IV turunda, Bakıda İngiltərənin “Çelsi” kollektivini qəbul edəcək.

Oyun “Azərsun Arena”da, saat 15:00-da start götürəcək.

“Sabah” isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”ı qəbul edəcək. Bu görüş Əlincə sradionunda, saat 17:00-da başlayacaq. “Bayquşlar” səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.

İdman.Biz