Almaniya kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən matçda Leverkuzen “Bayer”i doğma meydanda “Bavariya”nı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunda hesabı 22-ci dəqiqədə “Bavariya”nın hücumçusu Harri Keyn açıb. Qarşılaşmanın son nöqtəsini isə 90+3-cü dəqiqədə Luis Dias qoyub.
Münhen klubu turnirin 1/4 final mərhələsində “Leypsiq”ə 2:0 hesabı ilə qalib gəlmişdi. Leverkuzen təmsilçisi isə bu mərhələdə “Sankt-Pauli”ni mübarizədən kənarlaşdırmışdı (3:0).
Qeyd edək ki, Almaniya kubokunun digər yarımfinal cütündə “Ştutqart” və “Frayburq” qarşılaşacaq. Bu oyun aprelin 23-nə planlaşdırılıb.
