Türkiyə kubokunun 1/4 finalında “Qalatasaray” öz meydanında “Gənclərbirliyi”nə 0:2 hesabı ilə məğlub olub. Bu nəticə ilə “sarı-qırmızılılar” “Fənərbağça”dan sonra kubokla bu mərhələdə vidalaşan ikinci komanda olub. RAMS Parkda keçirilən qarşılaşmada qələbə qazanan paytaxt təmsilçisi adını yarımfinala yazdırıb.
İdman.Biz xəbər verir ki, matçın 31-ci dəqiqəsində Mauro İkardi penalti nöqtəsi yaxınlığından əlverişli fürsəti boşa verib. 40-cı dəqiqədə isə Əhməd Kutucunun təxminən 30 metrdən zərbəsi qapıdan yan keçib.
Qonaq komanda 51-ci dəqiqədə hesabı açıb. Metehanın zərbəsini qapıçı Günay Güvenç dəf etsə də, qayldan topu Fıratcan qapıya göndərib. 58-ci dəqiqədə Kaan Ayhanın baş zərbəsi isə hədəfdən yayınaraq azarkeşləri məyus edib.
72-ci dəqiqədə “Qalatasaray” qol vursa da, hakim ofsayd qərarı verib. Nhaqanın zərbəsindən sonra qapıçıdan qayıdan topu Sinqo tamamlasa da, fildişi sahilli oyunçunun vəziyyəti qaydalar kənarında hesab olunub. 83-cü dəqiqədə isə qapıçı Günay Güvençin səhvindən istifadə edən Traore fərqi ikiyə çatdırıb.
Qarşılaşmanın qalan hissəsində başqa qol olmayıb və Volkan Demirelin başçılıq etdiyi “Gənclərbirliyi” yarımfinala yüksəlib. Paytaxt klubunun növbəti mərhələdəki rəqibi “Samsunspor” -“Trabzonspor” cütünün qalibi olacaq.
