Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, o, “Instagram” səhifəsinin hekayə bölümündə məşhur futbolçu ilə birgə yataqda çəkilən fotosunu yayımlayıb.
Cütlük şəkildə üzlərinə rahatladıcı, dərini bərpa edən maska taxıb.
Rodriques paylaşımına ispan dilində “Bnoches” (yəni “Gecəniz xeyirə”) qeydini əlavə edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatının son turunda Kriştianu Ronaldu “Əl-Feyxa”ya qarşı oyunda dubl edərək “Əl-Nəsr”in 3:0 hesablı qələbəsində əsas rol oynayıb. Komanda 21 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
