Holand Premyer Liqa klublarını geridə qoydu

14 İyul 2026 17:20
89
Holand Premyer Liqa klublarını geridə qoydu

Futbol üzrə “Mançester Siti” klubunun və Norveç millisinin hücumçusu Erlinq Holand sosial şəbəkələrdə yeni rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, DÇ-2026 zamanı onun izləyici auditoriyası 20 milyondan çox artıb.

Nəticədə, Holandın sosial şəbəkə hesabındakı izləyicilərin sayı İngiltərə Premyer Liqasının istənilən klubunun rəsmi hesabından daha çoxdur.

Qeyd edək ki, Norveç DÇ-2026-da mübarizəni 1/4 final mərhələsində dayandırıb. Norveçlilər İngiltərə ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olublar.

İdman.Biz