Haaland Premyer Liqada Suares və Faulerin rekordunu təkrarladı

Xəbərlər
3 Noyabr 2025 07:15
39
Haaland Premyer Liqada Suares və Faulerin rekordunu təkrarladı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 10-cu turunda “Bornmut”la oyunda (3:1) dubl edib.

İdman.Biz "Squawka"ya istinadən xəbər verir ki, bu, norveçli forvardın ardıcıl dördüncü ev oyununda iki və ya daha çox qol vurmasıdır.

Bununla da o, Luis Suares və Robbi Faulerin rekordunu təkrarlayıb.

Qeyd edək ki, Haaland daha əvvəl “Etihad” stadionunda keçirilən oyunlarda “Mançester Yunayted”ə (3:0), “Bernli”yə (5:1) və “Everton”a (2:0) qarşı da dubl etmişdi. “Bornmut”la görüş bu seriyanı dörd oyuna çatdırıb.

İdman.Biz