Türkiyə kuboku: “Qalatasaray” növbəti qələbəsini qazanıb - VİDEO

4 Fevral 2026 23:45
123
Türkiyə kuboku: “Qalatasaray” növbəti qələbəsini qazanıb

Türkiyə kubokunda 3-cü turun növbəti oyunları keçirilib.

İdman.Biz bildirir ki, A qrupunda yarışan “Qalatasaray” “İstanbulspor”u qəbul edib. Matç 3:1 hesabı ilə “Qalatasaray”ın xeyrinə qurtarıb.

Qolları “Qalatasaray”dan Mauro İkardi (5), Lukas Torreyra (25), Ahmet Kutucu (33), “İstanbulspor”dan Mendi Mamadu (26) vurublar.

A qrupunun digər oyununda “Fatih Karagümrük” öz meydançasında “İstanbul Başakşehir”ə böyük hesabla uduzub – 1:4.

A qrupunun üçüncü oyununda da böyük hesab qeydə alınıb. “Alanyaspor” “Boluspor”u 4:0 hesabı ilə məğlub edib.

B qrupunda “Gənclərbirliyi” ilə “Eyüpspor”un oyunu 2:2 hesablı heç-heçə ilə qurtarıb.

İdman.Biz