Rəşad Sadıqov: “Noyabrdan bəri qələbə qazana bilməməyimiz barədə düşünmürük”

4 Fevral 2026 22:14
95
Rəşad Sadıqov: “Noyabrdan bəri qələbə qazana bilməməyimiz barədə düşünmürük”

“Daha çox dominant tərəf biz idik. Təəssüflər olsun ki, fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin “Sumqayıt”la ilk oyunundan sonra deyib.

Matç 0:0 hesabı ilə başa çatıb.

“Noyabrdan bəri qələbə qazana bilməməyimiz barədə düşünmürük, bu, təzyiq yaratmır. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam. İndi bütün fikrimizi 3 gündən sonra keçiriləcək çempionat oyununa yönəldəcəyik. Çalışacağıq ki, bizə vacib olan qələbəni orada qazanaq”, - Sadıqov bildirib.

İdman.Biz