“Neftçi”nin yetirməsi Cavanşir Şahbazlı “Şimal”la anlaşıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Şimal” Futbol Klubu məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi yeni komandasında 71 nömrəli formanı geyinəcək.
C.Şahbazlının müqaviləsinin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycanın U-19 millisinin sabiq üzvü “Bakı”nın da formasını geyinib.
