“Sumqayıt” FK bu gün Qəbələ toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
İdman.Biz bu barədə kluba istinadən bildirir.
Komanda Qəbələ şəhər stadionunda Qətər təmsilçisi “Əl-Xaraitiyat” ilə qarşılaşıb.
Öncədən əldə olunmuş razılığa əsasən ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edən matçda hesab açılmayıb (0:0).
