Gürcüstanın Batumi şəhərində yerli jurnalistlərimizin də iştirak etdikləri ənənəvi Kote Maxaradze beynəlxalq minifutbol turniri keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan jurnalistlərindən ibarət komanda yarışın bürünc medalını qazanıb.
Qeyd edək ki, komandanın üzvü Xanoğlan İmanov turnirin ən yaxşı hücumçusu seçilib.
