Elvin Məmmədov: “Şamaxı” ilə matça stressiz çıxacağıq”

Xəbərlər
28 Oktyabr 2025 16:28
44
Elvin Məmmədov: “Şamaxı” ilə matça stressiz çıxacağıq”

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində 1-ci Liqa təmsilçisi “Səbail” doğma meydanda Premyer Liqa komandası “Şamaxı” ilə qarşılaşacaq.

Paytaxt təmsilçisinin baş məşqçisi Elvin Məmmədov matç ərəfəsində fanat.az-a fikirlərini bildirib.

Mütəxəssis vurğulayıb ki, “Şəfa” ilə liqadakı çətin oyundan sonra ara vermədən kubok matçına hazırlaşıblar: “Bizi “Şamaxı” ilə ağır oyun gözləyir. Ayxan müəllimin (“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov - red.) döyüşkən komandası var. Əslində, oyuna stressiz çıxacağıq. Kubokda uzaq hədəfimiz yoxdu. Ancaq bu o demək deyil ki, hədəfimiz yoxdur və asan təslim olacağıq. Nə qədər bacarırıqsa, yolumuza davam etmək istəyirik.

Heyətdə ciddi itki yoxdur. Yalnız qanalı hücumçumuz Mustafa Yakubunun yüngül zədəsi var”.

Qeyd edək ki, “Səbail” - “Şamaxı” oyunu 29 oktyabrda “ASCO Arena”da baş tutacaq və 16:00-da start götürəcək.

İdman.Biz