"Bütün oyunlar çətin keçir. Ümumiyyətlə, liqada ildən-ilə inkişaf nəzərə çarpır".
Bunu “Turan Tovuz”un ispaniyalı yarımmüdafiəçisi Alexandro Serrano qol.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Karvan-Yevlax”ı məğlub etdiniz. Əzmkar qələbəni (2:1) necə şərh edərdiniz?
- Oyuna yaxşı başlamadıq. Rəqib kompakt şəkildə müdafiə olunurdu. Bu da işimizi çətinləşdirirdi. Topla oynamağa çalışırdıq. Bəzən bu alınmırdı. İkinci hissədə qapımızda qol gördük. Bu, bizim üçün heç də yaxşı hal deyildi. Nə yaxşı ki, bundan sonra toparlandıq və qələbə qazandıq. Üç xalı çox çətinliklə əldə etdik.
- Vurduğunuz qolun oyunun gedişatını dəyişməsi baxımıdan həlledici olması fikri ilə razısınız?
- Qol vurduğum üçün sevincliyəm. Həmin anda hesabda geridə idik. Mən hesabı bərabərləşdirdim və bu qol bizi oyunda saxladı. Daha sonra ikinci dəfə fərqləndik və qələbə qazandıq.
- Komandaya bir qədər gec qoşulduğunuzu nəzərə alsaq, öz performansınızı necə dəyərləndirirsiniz?
- Oyunum barədə çox danışmaq istəməzdim. Əsas odur ki, biz qələbə qazandıq. Buna görə də sevincliyəm.
- Legioner limitinin ləğvindən sonra Misli Premyer Liqasının səviyyəsində dəyişiklik hiss olunur?
- Çemıpionatın səviyyəsi artıb. Ötən mövsümlə müqayisədə fərq var. Hazırda 12 komanda çıxış edir. Bütün oyunlar çətin keçir. Ümumiyyətlə, liqada ildən-ilə inkişaf nəzərə çarpır.
- Növbəti turda “Şamaxı” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çətin oyun olacaq. “Şamaxı”nın baş məşqçisi rəqibə uyğun taktika qurur. Əminəm ki, bizə qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Lakin bizim də hədəfimiz 3 xal qazanmaqdır.
- Həm də nəzərə alaq ki, bu matçda komanda doğma Tovuza qayıdır...
- Əlbəttə, bu məqam çox vacibdir. Komandamız üçün müsbət haldır. Yenidən doğma azarkeşlərimiz önündə çıxış edəcəyimiz üçün çox məmnunuq. Məhz onlar üçün həmin görüşdə 3 xal qazanmalıyıq.
