Fransız KİV-dən PSJ-nin müdafiəçisinə SƏRT TƏNQİD: “Zabarnı boğulur”

Xəbərlər
28 Oktyabr 2025 10:15
68
Fransız KİV-dən PSJ-nin müdafiəçisinə SƏRT TƏNQİD: “Zabarnı boğulur”

Fransa mətbuatı İlya Zabarnının PSJ forması altında “Brest”ə qarşı (3:0) keçirdiyi oyunu tənqid atəşinə tutub.

İdman.Biz xəbər verir ki, ukraynalı müdafiəçinin artan oyun yükünə tab gətirə bilmədiyi və bu səbəbdən meydanda səhvlərə yol verdiyi vurğulanıb.

"Le Parisien" yazıb ki, Zabarnı son həftələrin təzyiqi altında boğulur: “Elə təəssürat yaranır ki, Zabarnı son həftələrin təzyiqi altında boğulur. “Bayer”lə Çempionlar Liqası oyunundakı qırmızı vərəqədən sonra yenə gərgin görünürdü”.

"Footmercato"da isə bildirilib ki, hazırda Zabarnı PSJ-də özünəinamını itirir: “Mbupun çevik oyunu Zabarnını balansdan saldı və oyunun əvvəlində az qala qol vururdu. Ajork da fiziki mübarizədə onu çox sıxışdırdı və ukraynalı buna cavab verə bilmədi. Hazırda Zabarnı PSJ-də özünəinamını itirir”.

Qeyd edək ki, 9 turdan sonra Luis Enrikenin komandası 20 xalla Fransa çempionatına liderlik edir. PSJ növbəti matçını oktyabrın 29-da səfərdə “Loryan”a qarşı keçirəcək.

İdman.Biz